100 nöqtə yoxlanışıKredİtKORPORATİV SATIŞBARTERSINAQ YÜRÜŞÜSİFARİŞ VER

SİFARİŞ VER

Ölkədaxili, Amerika, Asiya və Avropadan istədiyiniz avtomobili sizin üçün tapırıq. Peşəkar ekspertlərimiz tərəfindən yoxlanışdan keçir. Üstəlik siz nağd və kreditlə avtomobili əldə edə biləcəksiniz. Könlünüzdən keçən avtomobili əldə etməyiniz üçün lazım olan bütün şəraiti yaradırıq. Sizə bircə sevdiyiniz avtomobili seçmək və ürəyiniz istədiyi kimi sürmək qalır.

tez-tez verİlən suallar

Tez-tez verİlən suallar

Hansı ölkədən avtomobİl sİfarİş verə bİlərəm?

Həm ölkədaxili, həm də ölkəxarici, əsasən Amerika, Avropa, Yaponiya, Koreya və digər Asiya ölkələrindən arzuladığınız avtomobili sifariş verə bilərsiniz.

Bəs pulum çatmasa?

Siz buna görə narahat olmayın. Siz arzuladığınız avtomobili sifariş verib onun dəyərinin bir hissəsini ödəməklə yerdə qalan hissəni 36 aya qədər sərfəli kredit şərtlərilə əldə edə bilərsiniz.

Bəs maşını kİm yoxlayacaq?

Avtomobil ölkəyə daxil olduqdan sonra peşəkar ekspert komandamız tərəfindən bütün lazımi işlər görülür, avtomobildə "100 Nöqtə" proseduru həyata keçirilir. Əgər avtomobil gəldikdən sonra təmir ehtiyacı yaranarsa, müqaviləli servislərdə təmir olunur, yoxlanılır və sizə ən təmiz formada təqdim olunur. Siz servisə getmirsiniz, siz usta ilə danışmırsınız, siz əlavə ödəniş ödəmirsiniz, siz yorulmursunuz. Bütün prosedur şirkətimizin təcrübəli və dinamik heyəti tərəfindən həyata keçirilir.

"100 Nöqtə" yoxlanışı nədİr?

"100 Nöqtə" yoxlanışı avtomobilin dəyərinə təsir edə biləcək; kuzov və boya vəziyyətinin, mühərrik və mexaniki hissələrin Auto Pegasus servis heyəti tərəfindən dəqiq yoxlanıldığı özəl bir prosesdir. Beləcə avtomobilin əvvəlki və mövcud vəziyyəti analiz edilir, hesabat hazırlanır və müştərilərə təqdim edilir. Yoxlamadan keçibsə, deməli yaxşı maşındır, ürək rahatlığı ilə alıb sürə bilərsiniz. Necə deyərlər, 100 yoxlayıb, 1 alırıq.