Avtomobil almaq ciddi işdir, amma çətin deyil. Təmiz və ürəyinizcə olan avtomobil almaq üçün günlərinizi ayırıb tanış usta axtararaq avtomobilinizi yoxlatmağınıza artıq ehtiyac yoxdur. Biz sizin əvəzinizə avtomobilin 100 nöqtə yoxlanışını həyata keçiririk. "100 Nöqtə" yoxlanışı avtomobilin dəyərinə təsir edə biləcək; kuzov və boya vəziyyətinin, mühərrik və mexaniki hissələrin Pegasus Auto servis heyəti tərəfindən dəqiq yoxlanıldığı özəl bir prosesdir. Beləcə avtomobilin əvvəlki və mövcud vəziyyəti analiz edilir, hesabat hazırlanır və müştərilərə təqdim edilir. Necə deyərlər, 100 yoxlayıb, 1 alırıq.